Azərbaycan İpoteka Fondu bazardan 390 mln. manat cəlb edib

Azərbaycan İpoteka Fondu bazardan 390 mln. manat cəlb edib Bu, ipoteka kreditləşməsinin bərpası və davamlılığın təmin edilməsi məqsədilə həyata keçirilib
Maliyyə
10 May , 2016 14:56
Azərbaycan İpoteka Fondu bazardan 390 mln. manat cəlb edib

Bakı. 10 may. REPORT.AZ/ Bu günə qədər Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən 9 istiqraz emissiyası üzrə bazardan ümumilikdə 390 mln. manat həcmində vəsait cəlb edilib. Bu barədə “Report”a AİF-dən məlumat verilib.

Məlumata görə, bu addımlar AİF tərəfindən ipoteka kreditləşməsinin bərpa edilməsi və davamlılığının təmin edilməsi məqsədilə atılıb.

Qurumun açıqlamasında deyilir ki, ipoteka ilə təmin edilmiş istiqrazların emissiyası təkrar ipoteka bazarının inkişafında və ipoteka kreditləşməsinin davamlılığının təmin edilməsində mühüm rol oynayıb.

İlk dəfə olaraq, 2009-cu il mayın 29-da AİF-in 55 mln. manat məbləğində 7 illik (AZ2001008682 nömrəli), təmin edilmiş istiqrazları dövlət qeydiyyatına alınıb.

"Fondun aktiv və passivlərinin effektiv idarə edilməsi modeli, dayanıqlı likvidlik mövqeyi və kredit portfelinin yüksək keyfiyyəti sayəsində birinci emissiya üzrə 55 mln. manatlıq öhdəliklər vaxtından əvvəl icra olunub", - deyə Fonddan bildirilib. 

Son xəbərlər

Orphus sistemi