Yuxarı
    Bağlamaq

    Azərbaycan İpoteka Fondu açıq tender elan edib

    Hər üç lot üzrə iştirak haqqı 100 manatdır

    Bakı. 8 dekabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC bir sıra informasiya sistemləri, server və şəbəkə avadanlıqlarına 2017-ci ildə dəstək xidmətlərinin satın alınması ilə bağlı üç lot üzrə açıq tender elan edib. 

    “Report”un fondun Satınalmalar Komissiyasına istinadən verdiyi xəbərə görə, lot-1 üzrə onlayn ödənişlərin təmin edilməsi üzrə İnformasiya Mübadiləsi Moduluna dəstək xidməti, lot-2 üzrə “Elektron İpoteka Sistemi”nə dəstək xidməti və lot-3 üzrə avtomatlaşdırılmış Baş Muhasibat Uçotu Sisteminə dəstək xidməti satınalmaya çıxarılıb.

    Hər üç lot üzrə iştirak haqqı 100 manatdır. Tender üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 2017-ci il yanvarın 11-i saat 18:00-dək, tələb olunan digər sənədlər isə 2016-cı il dekabrın 20-i saat 18:00-dək “Azərbaycan İpoteka Fondu” ASC-nin Bakı şəhəri, Bül-bül prospekti,40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcək.

    Tender zərfləri 2017-ci il yanvarın 12-də saat 15:00-da “Azərbaycan İpoteka Fondu” ASC-nin inzibati binasında açılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi