Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib

Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib Bu gün Bakı Fond Birjasında qurumun qiymətli kağızlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
8 Sentyabr , 2017 17:04
Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC–nin AZ2020008689 ISIN-li, 25 mln manatlıq, 18 il (6 480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1 000 manat olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26 mln manat təşkil edib və istiqrazların hamısı yerləşdirilib.

Qiymətli kağızların ödəmə tarixi 7 iyun 2035-ci ildir.

Son xəbərlər

Orphus sistemi