Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib

Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC–nin AZ2023008686 ISIN-li, 25 mln manatlıq, 18 il (6 480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
8 Noyabr , 2017 15:59
Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC–nin AZ2023008686 ISIN-li, 25 mln manatlıq, 18 il (6 480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1 005,0833 manat olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 mln. manat təşkil edib və istiqrazların hamısı yerləşdirilib.

Qiymətli kağızların ödəmə tarixi 6 iyun 2035-ci ildir.

Son xəbərlər

Orphus sistemi