Yuxarı
    Bağlamaq

    Azərbaycan İnvestisiya Şirkəti valyuta resurslarını satacaq bankı müəyyənləşdirib

    Bununla yanaşı, AİŞ-in ofis texnikasına xidmət göstərəcək İT şirkət də müəyyən olunub

    Bakı. 21 iyun. REPORT.AZ/ "Azərbaycan İnvestisiya Şirkəti" ASC xarici valyutanın satılması ilə bağlı konvertasiya xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib. "Report"un verdiyi xəbərə görə, Tender Komissiyasının qərarına əsasən, "Paşa Bank" ASC qalib elan edilib və həmin bankla satınalma müqaviləsi imzalanıb.

    Həmçinin, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin kompüterlərinə, proqram təminatına və ofis texnikasına texniki xidmətlərin (təmir işləri istisna olmaqla) satın alınması ilə əlaqədar təkliflər qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının qərarına əsasən "İTServ" MMC qalib elan edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.

    Xatırladaq ki, "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) ASC Azərbaycan Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılıb. AİŞ-in əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi