​Azərbaycan hökuməti xaricdən borc almayacaq

​Azərbaycan hökuməti xaricdən borc almayacaq Maliyyə naziri Samir Şərifov: "Vəziyyət o qədər də acınacaqlı deyil ki, kimdənsə borc alaq"
Maliyyə
28 Yanvar , 2016 17:29
​Azərbaycan hökuməti xaricdən borc almayacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkə hökumətinin beynəlxalq maliyyə təşkilatlarından borc vəsait cəlb etmək niyyətində olmadığını bəyan edib.

"Report" xəbər verir ki, bu gün keçirdiyi brifinqdə S.Şərifov dövlətin kifayət qədər maliyyə resurslarına malik olduğunu bildirib: "4 mlrd. dollar məbləğində kreditin alınması barədə söhbət yoxdur".

"Beynəlxalq maliyyə qurumları Azərbaycanın valyuta ehtiyatlarının kifayət qədər yüksək olduğunu qeyd edib. Vəziyyət o qədər də acınacaqlı deyil ki, kimdənsə borc alaq. Biz özümüz borc veririk. Təşviş üçün əsas yoxdur", - deyə nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi