Azərbaycan hökuməti gələn ilin büdcə zərfini Prezidentə təqdim edib

Azərbaycan hökuməti gələn ilin büdcə zərfini Prezidentə təqdim edib Bununla bağlı Nazirlər Kabinetinin bu gün keçirilən toplantısında qərar qəbul olunub
Maliyyə
1 Sentyabr , 2015 17:59
Azərbaycan hökuməti gələn ilin büdcə zərfini Prezidentə təqdim edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsi və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

"Report"un Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, iclası giriş sözü ilə açan A.Rasi-zadə bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlü olması əsas götürülərək, ölkə əhalisinin maddi rifahının daim yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

Sonra maliyyə naziri Samir Şərifov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.

Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun dövlət başçısına təqdim edilməsi barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi