Yuxarı

Azərbaycan ​Hesablama Palatası paytaxt meriyası və bir sıra dövlət qurumunda yoxlama aparacaq

Palatanın 2015-ci ilin İş Planı üzrə nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı audit proqramları təsdiq edilib

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının Bakı şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Milli Arxiv İdarəsi, Azərbaycan Tibb Universiteti və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında yoxlamalar aparacaq. "Report"un Palatanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qurumun son kollegiya iclasında Palatanın 2015-ci il üçün İş Planı üzrə nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı audit proqramları təsdiq edilib.

Proqrama əsasən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı şəhər İcra Hakimiyyətinə ayrılan, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, Azərbaycan Gəncliyi 2011-2015-illərdə Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərə, dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinə, mərkəzləşdirilmiş xərclərdən Milli Arxiv İdarəsinə, "Təhsil" bölməsi üzrə Tibb Universitetinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair yoxlamalar aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi