​Azərbaycan Hesablama Palatası INTOSAI-ın Dövlət borcu üzrə İşçi Qrupuna üzv olub

​Azərbaycan Hesablama Palatası INTOSAI-ın Dövlət borcu üzrə İşçi Qrupuna üzv olub Qrupa ABŞ, Argentina, Avstriya, Braziliya, Bolqarıstan kimi ölkələr də daxildir
Maliyyə
23 Sentyabr , 2015 13:30
​Azərbaycan Hesablama Palatası INTOSAI-ın Dövlət borcu üzrə İşçi Qrupuna üzv olub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Hesablama Palatası INTOSAI-nin qlobal prioritetliyə malik sahələrdən biri olan dövlət borcu sahəsində fəaliyyət göstərən Dövlət borcu üzrə İşçi Qrupuna tamhüquqlu üzv qəbul edilib.

“Report” Palatanın məlumatına əsasən bildirir ki, INTOSAI üzvlərinin 1989-cu ildə Berlində (Almaniya) keçirilmiş XIII Konqresində (INCOSAI) dövlət borcu ilə əlaqədar məsələlərə böyük marağının olması səbəbindən INTOSAI İdarə Heyətinin 1991-ci il tarixində keçirilmiş 35-ci toplantısında Dövlət Borcu Komitəsinin yaradılmasına qərar verilib.

Sədrliyini Meksika ali audit qurumunun həyata keçirdiyi İşçi Qrupunun üzvləri ABŞ, Argentina, Avstriya, Braziliya, Bolqarıstan, Çili, Çin, Fici, Finlandiya, Hindistan, İndoneziya, İordaniya, Misir, Litva, Koreya Respublikası, Moldova, Portuqaliya, Qabon, Rumıniya, Rusiya, İsveç, Ukrayna, Yəmən və Zamibiya AAQ-larından ibarətdir.

Dövlət borcu üzrə İşçi Qrupunun öhdəlikləri müvafiq hesabatverməni və dövlət borcunun əsaslı idarəetməsini dəstəkləmək üçün AAQ-ların istifadə edəcəyi təlimat və digər sənədlər hazırlamaq və dərc etmək, dövlət borcu öhdəliklərinin auditi və qiymətləndirilməsi ilə əlaqədar öhdəliklərin və prosedurların hazırlanması üçün əsas məsələlərin müəyyən edilməsi və 3-cü Məqsəd qrupunun sədrinə, Rəhbər Komitəyə, 3-cü Məqsəd qrupunun əsas komitəsinə INTOSAI İdarə Heyətinə və INCOSAI-yə hesabat vermək, III Məqsəd qrupunun Rəhbər Komitəsinin, 3-cü Məqsəd qrupunun əsas komitəsinin, INTOSAI İdarə Heyətinin və INCOSAI-ın toplantılarında paylanma və müzakirə üçün dövlət borcu tərifinin, hesabatvermənin və audit keçirilməsi ilə əlaqədar məsələlərin yoxlanması üçün sənədlərin hazırlanması, dövlət borcu ilə əlaqədar məsələlərlə məşğul olan digər qurum və ya beynəlxalq təşkilatlarla, həmçinin tədqiqat qrupları ilə əlaqə saxlamaq və bilik mübadiləsi aparmaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi