Azərbaycan gömrük yığımlarını 66% artırıb

Azərbaycan gömrük yığımlarını 66% artırıb Noyabrda dövlət büdcəsinə 219,6 mln. manat həcmində gömrük vergi və rüsumları daxil olub
Maliyyə
12 Dekabr , 2016 16:40
Azərbaycan gömrük yığımlarını 66% artırıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə bu ilin noyabr ayında dövlət büdcəsinə 219 616,3 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 87 034,25 min manat yaxud 65,65% çoxdur.

"Report"un komitəyə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 24 791,21 min manat yaxud 86,85% artaraq 53 337,8 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 60 967,8 min manat yaxud 62,48% artaraq 158 553,2 min manat, aksizlər üzrə 2,83 min manat yaxud 0,06% artaraq 5 037,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 272,42 min manat və ya 89,91% artaraq 2 687,6 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi