Yuxarı
    Bağlamaq

    Azərbaycan gələn il tam üzən məzənnə rejiminə keçəcək

    Bu barədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bildirilir

    Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan gələn il tam üzən məzənnə rejiminə keçəcək. 

    “Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bildirilir. 

    Bu addım yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi tədbirləri çərçivəsində atılacaq. Yeni məzənnə rejiminə keçidi Azərbaycan Mərkəzi Bankı Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə təmin edəcək. 

    Bu qurumlar həmçinin banklararası bazarın fəaliyyətinin təkmilləşdirilməsi, adekvat iqtisadi gözləntilərin formalaşdırılması və idarə edilməsi istiqamətində tədbirlər görəcək. Maliyyə Sabitliyi Şurası isə makroiqtisadi əlaqələndirmə ilə məşğul olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi