​Azərbaycan gələn il qiymətli kağızlar haqqında yeni qanun qəbul edəcək

​Azərbaycan gələn il qiymətli kağızlar haqqında yeni qanun qəbul edəcək Broker və dilerlərə vahid lisenziya veriləcək, həmçinin, fərqli kapital tələbləri tətbiq olunacaq
Maliyyə
24 Dekabr , 2014 11:18
​Azərbaycan gələn il qiymətli kağızlar haqqında yeni qanun qəbul edəcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda qiymətli kağızlar haqqında yeni qanunun artıq 2015-ci ildə təsdiqlənəcəyi gözlənilir. "Report"un verdiyi xəbərə görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri Cavid Nəzərov məlumat verib.

Şöbə müdiri bildirib ki, sənədin qəbul olunmasından sonra 6 ay müddətində fond bazarının hər bir iştirakçısına strukturlarını qanuna uyğunlaşdırmaları üçün vaxt veriləcək.

QKDK rəsmisinin sözlərinə görə, yeni qanuna əsasən, artıq broker və diler ayrı deyil, investisiya şirkəti kimi ümumi lisenziya alacaq. Bu barədə yalnız həmin lisenziyada şirkətin hansı fəaliyyətlə məşğul olması üçün verildiyi qeyd ediləcək. Həmçinin, əgər hazırda lisenziya beş il müddətinə verilirsə, yeni qaydalarla lisenziya müddətsiz veriləcək. Bundan başqa, hazırda könüllü tətbiq olunan elektron uçot sistemi iştirakçılar üçün məcburi olacaq.

C.Nəzərov bildirib ki, yeni qanunda lisenziyalaşdırma rüsumu dəyişməyib: "Sadəcə olaraq, kapital tələbi dəyişəcək və bu tələb hər bir fəaliyyət növü üçün ayrıca müəyyənləşəcək. Belə ki, 5 əsas - müştəri sifarişinin qəbulu, fərdi investorların portfelinin idarə edilməsi, investor məsləhətlərinin verilməsi, qiymətli kağızların öhdəlik götürülmədən yerləşdirilməsi və anderraytinqi, öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması və 6 yardımçı investisiya fəaliyyəti üçün kapital tələbi fərqli olacaq. Lakin yardımçı fəaliyyət üçün lisenziya verilməyəcək".

Son xəbərlər

Orphus sistemi