​Azərbaycan gələn il ixracı 8% azaldacaq

​Azərbaycan gələn il ixracı 8% azaldacaq Nazir müavini: "Gələn il üçün inflyasiya 3,3% səviyyəsində proqnozlaşdırılır"
Maliyyə
2 Oktyabr , 2015 17:23
​Azərbaycan gələn il ixracı 8% azaldacaq

Bakı. 2 oktyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda neft hasilatının 40,7 mln. ton olacağı gözlənilir. "Report"un verdiyi xəbərə görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib.

S.Həsənova qeyd edib ki, gələn il tədiyyə balansının müsbət saldosu saxlanılacaq. İxracın həcmi 2016-cı il üçün 15,8 mlrd. ABŞ dolları səviyyəsində proqnozlaşdırılır və bu, 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 12,5 mlrd. dollar və yaxud 44% az, bu ilin proqnozu ilə müqayisədə isə 1,5 mlrd. dollar və ya 8,1% azdır. Növbəti il üçün idxal 8,2 mlrd. dollar həcmində proqnozlaşdırılır. Bunun 6,8 mlrd. dolları və ya 83,3%-i qeyri-neft sektorunun payına düşəcək. İdxalın həcmi 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 1,1 mlrd. dollar və ya 11,8%, bu ilin gözləntisi ilə müqayisədə isə 0,6 mlrd. dollar və ya 6,8% azdır.

Bununla yanaşı, nazir müavini əlavə edib ki, investisiyalar gələn il üçün 18,8 mlrd. manat səviyyəsində proqnozlaşdırılır, bunun da 8 mlrd. manatının xarici investisiyalar olacağı gözlənilir. Qeyri-neft sektoruna investisiyalar 10,8 mlrd. həcmində proqnozlaşdırlır.

S.Həsənova gələnilki inflyasiyanın 3,3% səviyyəsində proqnozlaşdırıldığını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi