Yuxarı

Azərbaycan gələn il beynəlxalq fəaliyyətlə bağlı 193 mln. manat xərcləyəcək

Azərbaycan açdığı kredit xətti çərçivəsində gələn il Serbiyaya 70 mln. manat ödəyəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 2016-cı ilin dövlət büdcəsindən 193,3 mln. manat ayırmağı nəzərdə tutub.

"Report"un gələn ilin dövlət büdcəsi layihəsinə istinadən verdiyi xəbərə görə, diplomatik xidmət orqanları və konsulluqların saxlanılması, onların maddi-texniki təminatınının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 71,3 mln. manat ayrılması gözlənilir.

Beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycana məxsus səhm kapitalı və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 32,0 mln. manat, digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 90,0 mln. manat proqnozlaşdırılıb. Həmin vəsaitin 70,0 mln. manatını Azərbaycan tərəfindən Serbiyaya açılan kredit xətti lə bağlı xərclər, 20,0 mln. manatını isə digər beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcək.

Xatırladaq ki, Azərbaycana məxsus səhm kapitalının və ictimai-siysai təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 32,0 mln. manat xərclərdə Asiya İnfrastruktur və Yenidənqurma Bankı (AİRB) da nəzərə alınıb. Cari ilin iyun ayında Pekində 57 ölkənin nümayəndələrinin iştirakı ilə AİRB-nin yaradılmasına dair təsis müqaviləsi imzalanıb. Bankın nizamnamə kapitalı 100 mlrd. dollar həcmində təsdiqlənib. Çin (26,06%), Hindistan (7,5%) və Rusiya (5,92%) bankın ən böyük səhmdarlarıdır. Azərbaycanın bankda iştirak payı isə 0,25% (245,1 mln. dollar) səviyyəsində təsdiq edilib. 

Qeyd edək ki, 2015-ci ilin büdcəsində maliyyə-kredit təşkilatlarında səhm kapitalı və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20,0 mln. manat nəzərdə tutulmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi