Azərbaycan FTSE indeksinin təsnifatına daxil ediləcək

Azərbaycan FTSE indeksinin təsnifatına daxil ediləcək Bakı. 31 yanvar. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Vüqar Namazovun London Fond Birjasına (LFB) səfərinin nəticələri açıqlanıb.
Maliyyə
31 Yanvar , 2018 11:08
Azərbaycan FTSE indeksinin təsnifatına daxil ediləcək

Bakı. 31 yanvar. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Vüqar Namazovun London Fond Birjasına (LFB) səfərinin nəticələri açıqlanıb.

“Report” BFB-yə istinadən xəbər verir ki, səfər çərçivəsində LFB-də Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə hər iki ölkənin fond bazarları arasında əlaqələrin möhkəmlənməsi və inkişaf etdirilməsi istiqamətində görüşlər keçirilib.

Görüşdə listinq və kapital bazarları vasitəsi ilə maliyyələşmənin təşviqi, törəmə maliyyə alətlərinin ticarət zəncirinin təşkili, dövlət qiymətli kağızlarının ticarəti üzrə mövcud təcrübələr, ticarət sonrası institutlar arasında əlaqələrin gücləndirilməsi, blokçeyn texnologiyalarının tətbiqi sahələrində LFB-nin təcrübəsinin öyrənilməsi ətrafında müzakirələr aparılıb.

Görüşün nəticəsi olaraq, listinqi məhdudlaşdıran amillərin aradan qaldırılması və cəlbediciliyinin artırılması, maarifləndirici-təşviqedici tədbirlərin keçirilməsi, törəmə maliyyə alətlərinin ticarətinin təşkili, Azərbaycanın FTSE ("Financial Times Stock Exchange") indeksinin təsnifat siyahısına daxil edilməsi istiqamətində razılaşma əldə edilib. 

Son xəbərlər

Orphus sistemi