Yuxarı

Azərbaycan fond indeksinin tətbiqinə hazırlaşır

Bununla bağlı BFB-da araşdırmalar aparılır

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) dövriyyədə olan qiymətli kağızlara əsaslanan indeksin işlənməsi istiqamətində tədbirlər görür. "Report"un verdiyi xəbərə görə, bu barədə BFB-nin Biznesin inkişafı Departamentinin direktoru Abdulla İsyaev məlumat verib. 

A.İsyaev bildirib ki, indeksin hazırlanması və tətbiqi bir qədər uzunmüddətli prosesdir.

"Hazırda indeksin yaradılması ilə bağlı fondda müəyyən fikirlər mövcuddur. İndeksin hesablanması üçünsə şirkətlər olmalıdır. Bunun üçün də uzunmüddətli prosesdir”, - BFB rəsmisi qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi