Azərbaycan fond indeksinin tətbiqinə hazırlaşır

Azərbaycan fond indeksinin tətbiqinə hazırlaşır Bununla bağlı BFB-da araşdırmalar aparılır
Maliyyə
24 Dekabr , 2014 15:15
Azərbaycan fond indeksinin tətbiqinə hazırlaşır

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) dövriyyədə olan qiymətli kağızlara əsaslanan indeksin işlənməsi istiqamətində tədbirlər görür. "Report"un verdiyi xəbərə görə, bu barədə BFB-nin Biznesin inkişafı Departamentinin direktoru Abdulla İsyaev məlumat verib. 

A.İsyaev bildirib ki, indeksin hazırlanması və tətbiqi bir qədər uzunmüddətli prosesdir.

"Hazırda indeksin yaradılması ilə bağlı fondda müəyyən fikirlər mövcuddur. İndeksin hesablanması üçünsə şirkətlər olmalıdır. Bunun üçün də uzunmüddətli prosesdir”, - BFB rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi