Yuxarı

Azərbaycan fond bazarı üçün vergi güzəştləri təklif olunur

Həmçinin, ikili vergitutmanın ləğvi təklif olunur

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan qiymətli kağızlar bazarında mövcud ikili vergitutmanın ləğv olunmasına dair təkliflər hazırlanıb. "Report"un verdiyi xəbərə görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin tədqiqatlar və bazarın inkişafı şöbəsinin müdiri Nurlan Fətullayev məlumat verib.

"Ödəmə mənbəyindən tutulan 10% divident verginin ləğv olunmasını təklif etmişik. Tamam ləğv olunması mümkün olmadığı təqdirdə, bunun yalnız hüquqi şəxslər arasında divident ödənişlər zamanı ləğv olunmasını təklif edirik", - deyə şöbə müdiri qeyd edib

N.Fətullayev bildirib ki, həmçinin sabit qiymətli kağızlar üzrə əldə olunan gəlirlərin faiz gəliri, realizasiya gəliri olaraq tanınması təklif olunur: "Bundan başqa, listinqdə fəallığı artırmaq üçün şirkətlərin mənfəət vergisi üzrə güzəştin tətbiqi ilə bağlı təkliflər irəli sürmüşük".

Qeyd edək ki, artıq təkliflər hazırlanaraq Vergilər Nazirliyinə təqdim olunub. Burada söhbət kapital bazarına hansısa güzəştlərin, stimullaşdırıcı vergi rejiminin tətbiq olunmasından getmir. Məqsəd, kapital bazarlarında mövcud olan xüsusiyyətləri nəzərə alan spesifik vergi rejiminin tətbiq olunmasıdır.

Təkliflər içərisində motivasiya və stimullaşdırma tədbirləri də yer alıb. Təkliflərdən biri birjada açıq ticarət olunan şirkətlərin 3 il müddətinə ödəyəcəyi vergiyə simvolik səviyyədə güzəştin tətbiq edilməsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi