Yuxarı

Azərbaycan fond bazarı kəskin azalıb

Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 dəfə azalıb

Bakı. 8 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 579,922 mln. manat təşkil edib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma (-8,43 dəfə) müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 4 885,717 mln. manat olub.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 10,36 dəfə artaraq 14,915 mln. manatdan 154,464 mln. manata çatıb. Pay bazarı 8,78 dəfə azalaraq 49,654 mln. manatdan 5,657 mln. manata, borc alətləri bazarı isə 27 dəfə azalaraq 595,623 mln. manatdan 22,103 mln. manata enib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi