Yuxarı

Azərbaycan fond bazarı kəskin azalıb

Pay bazarı 21 dəfə, borc alətləri bazarı 33 dəfə azalıb

Bakı. 5 iyul. REPORT.AZ/ Cari ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 1 856 417 131,09 manat təşkil edib. 

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə BFB-da kəskin azalma (-3,7 dəfə) müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 6 787 414 868,14 manat olub.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 14,8 dəfə artaraq 17 459 725,71 manatdan 259 173 678,91 manata çatıb.

Pay bazarı isə 21,2 dəfə azalaraq 136 802 912,08 manatdan 6 456 656,27 manata, borc alətləri bazarı 32,7 dəfə azalaraq 1 240 700 392,15 manatdan 37 960 422,84 manata enib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi