Azərbaycan fiziki şəxslərin bank dividendlərini daha 5 il vergidən azad edir

Azərbaycan fiziki şəxslərin bank dividendlərini daha 5 il vergidən azad edir Bura investisiya qiymətli kağızları və diskount istiqrazları üzrə əldə olunan gəlirlər də aiddir
Maliyyə
14 Dekabr , 2016 12:52
Azərbaycan fiziki şəxslərin bank dividendlərini daha 5 il vergidən azad edir

Bakı. 14 dekabr. REPORT.AZ/ Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödəniləcək illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendlərin, diskount istiqrazlarının nominaldan aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 5 ilədək, yəni 2021-ci ilin fevralınadək artırılır.

"Report"un verdyi xəbərə görə, bu barədə vegilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında məlumat verib.

Qeyd edək ki, bu maddə Vergilər Məcəlləsinə hazırlanmış yeni dəyişikliklər layihəsində nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi