Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun mənfəəti 32% artıb - YENİLƏNİB

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun mənfəəti 32% artıb - YENİLƏNİB İlk xəbər saat 11:58-də verilib
Maliyyə
12 İyun , 2019 12:18
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun mənfəəti 32% artıb - YENİLƏNİB

İlk xəbər saat 11:58-də verilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) cəmi aktivləri bu il yanvarın 1-nə 952,342 mln. manat təşkil edib.

“Report” ADIF-in maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,95% azdır.

ADIF-in aktivlərinin 790,336 mln. manatını dövlət vekselləri təşkil edib. Bu, illik müqayisədə 0,15% çoxdur.

Ötən il ADIF-in cəmi öhdəlikləri 86,3% azalaraq 11,705 mln. manata, o cümlədən kompensasiya ödənişləri üzrə öhdəlikləri 83,8% azalaraq 11,693 mln. manata düşüb, Fondun cəmi kapitalı isə 3,85% artaraq 940,638 mln. manata çatıb. 

ADIF 2018-ci ili 104,978 mln. manat mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 32% çoxdur. 

Son xəbərlər

Orphus sistemi