Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının illik toplantısında iştirak edib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının illik toplantısında iştirak edib Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti 8-11 oktyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının (IADI) illik toplantısında və İADİ-yın Avrasiya və Asiya – Sakit Okean Regional Komitələrinin iclaslarında iştirak edib.
Maliyyə
17 Oktyabr , 2019 12:06
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının illik toplantısında iştirak edib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti 8-11 oktyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının (IADI) illik toplantısında və İADİ-yın Avrasiya və Asiya – Sakit Okean Regional Komitələrinin iclaslarında iştirak edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

80 yaxın ölkənin əmanətlərin sığortalanması fondlarının nümayəndələrinin qatıldığı tədbirdə bu sahədə aparılan islahatlar, iqtisadi böhran və böhrandan sonrakı dövrlərdə əmanətlərin sığortalanması və bank sisteminin zəif banklardan təmizlənməsi, bankların ləğv prosesi, İADİ-yın 2020-cü il üçün planları və budcəsi müzakirə edililb.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor vəzifəsini icra edən Vüqar Abdullayev Türkiyə, Rusiya, Qazaxstan, Ukrayna, Qırğızıstan və digər ölkələrin nümayəndələri ilə müzakirə aparmış və ölkədə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi