​Azərbaycan əhalisinin nominal gəlirləri 9% artıb

​Azərbaycan əhalisinin nominal gəlirləri 9% artıb Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı I rübdə 8% artıb
Maliyyə
17 May , 2016 20:21
​Azərbaycan əhalisinin nominal gəlirləri 9% artıb

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9% artaraq 13 789,5 mln. manata çatıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin 79,4%-i son istehlak xərclərinə, 9,6%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3%-i isə yığıma yönəldilib.

Bu ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 485,5 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi