Azərbaycan əhalisinin nağd dollar satışı valyutanın alışını üstələyib

Azərbaycan əhalisinin nağd dollar satışı valyutanın alışını üstələyib AMB-nin valyuta ehtiyatları rekord səviyyədən 73% aşağı enib
Maliyyə
12 Aprel , 2016 14:56
Azərbaycan əhalisinin nağd dollar satışı valyutanın alışını üstələyib

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin fevral ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhalidən 141,181 mln. ABŞ dollarının xalis alışı həyata keçirilib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, ilk dəfədir aylıq dollar alışı göstəricisi satış əməliyyatlarını üstələyib. Qeyd edək ki, ötən ilin analoji dövründə banklar 2 500,639 mln. dolların xalis satışını həyata keçirib. Ümumiyyətlə, bu ilin ilk iki ayında banklar 34,402 mln. dollar həcmində nağd valyuta kütləsi satıb.

"Report"un analitik qrupu qeyd edir ki, bankların nağd xarici valyutanın xalis alıcısı olmasına səbəb Azərbaycan Dövlət Neft Fondunun valyuta bazarında xarici valyutanın əsas satıcısı olması ilə bağlıdır. 

Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Mərkəzi Bankın valyuta ehtiyatlarının 2014-cü ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il aprelin 1-nə 11 127,6 mln. dollar və ya 73,2% azalaraq 4 065,8 mln. dollara qədər azalmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi