Azərbaycan əhalisinin müddətli depozitlərə marağı artmağa başlayıb

Azərbaycan əhalisinin müddətli depozitlərə marağı artmağa başlayıb Depozit portfelinin həcmi isə mart ayında 2% azalıb
Maliyyə
12 May , 2017 17:32
Azərbaycan əhalisinin müddətli depozitlərə marağı artmağa başlayıb

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda cəmi depozit bazasının tərkibində müddətli depozitlərin həcmi 2017-ci il aprelin 1-nə 14 350 mln. manat, müddətsiz (tələb olunanadək) depozitlərin həcmi isə 6 945,9 mln. manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, müddətli depozitlərin məcmu depozit bazasında xüsusi çəkisi hesabat dövrünə 67,4%, müddətsiz depozitlərin xüsusi çəkisi isə 32,6% olub. Xatırladaq ki, əvvəlki ay müddətli depozitlərin xüsusi çəkisi 64,5%, müddətsiz depozitlərin - 35,5% təşkil edib.

Qeyd edək ki, 2016-cı il aprelin 1-nə müddətli depozitlərin məcmu depozit bazasında xüsusi çəkisi 66,9%, müddətsiz depozitlərin isə 33,1% olub. Bu, əhalinin getdikcə müddətli depozitlərə üstünlük verdiyini göstərib. 

Xatırladaq ki, məcmu depozit portfeli mart ayında fevral ilə müqayisədə 465,6 mln. manat və ya 2,14% azalıb. Buna səbəb dolların məzənnəsinin düşməsi nəticəsində xarici valyutadakı depozitlərin manat ekvivalentində dəyərinin azalması ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi