Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri 40% artıb

Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri 40% artıb Bu, ABŞ dollarının məzənnəsinin artması ilə bağlıdır
Maliyyə
18 May , 2016 17:44
Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri 40% artıb

Bakı. 18 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan əhalisi gəlirlərinin 372,317 mln. manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ölkə əhalisinin cəmi gəlirlərinin 2,7%-nə bərabərdir.

Beləliklə, ölkə əhalisinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisi artıb. Həm də bu istiqamətə sərf olunan vəsaitin həcmi illik müqayisədə 40,2% artım olduğunu göstərir. Bu da ilk növbədə ABŞ dollarının məzənnəsinin artımı ilə bağlıdır.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkə əhalisi gəlirlərinin 2,1%-ni və ya 265,635 mln. manatını kreditlər üzrə faizlərə xərcləyib.

Son xəbərlər

Orphus sistemi