Bakı. 14 iyul. REPORT.AZ/ Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan əhalisi gəlirlərinin 580,335 mln. manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib. "Report" analitik qrupunun rəsmi statistik məlumatlar əsasında apardığı hesablamalara görə, bu da ölkə əhalisinin cəmi gəlirlərinin 2,7%-nə bərabərdir.
Beləliklə, ölkə əhalisinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisi artıb. Həm də bu istiqamətdə sərf olunan vəsaitin həcmi illik müqayisədə 22,1% artım olduğunu göstərir. Bu da ilk növbədə ABŞ dollarının məzənnəsinin yüksəlməsi ilə bağlıdır.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkə əhalisi gəlirlərinin 2,4%-ni və ya 475 mln. manatını kreditlər üzrə faizlərə xərcləyib.