​Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri 21% artıb

​Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri 21% artıb Ölkə əhalisi məcmu gəlirlərin təxminən 3%-nikredit faizlərinin ödənilməsinə sərf edir
Maliyyə
16 İyun , 2016 14:10
​Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri 21% artıb

Bakı. 16 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Azərbaycan əhalisi gəlirlərinin 490,325 mln. manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib. "Report"un analitik qrupunun rəsmi statistik məlumatlar əsasında apardığı hesablamalara görə, bu da ölkə əhalisinin cəmi gəlirlərinin 2,8%-nə bərabərdir.

Beləliklə, ölkə əhalisinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisi artıb. Həm də bu istiqamətdə sərf olunan vəsaitin həcmi illik müqayisədə 21,1% artım olduğunu göstərir. Bu da ilk növbədə ABŞ dollarının məzənnəsinin yüksəlməsi ilə bağlıdır.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkə əhalisi gəlirlərinin 2,5%-ni və ya 405 mln. manatını kreditlər üzrə faizlərə xərcləyib.

Son xəbərlər

Orphus sistemi