Yuxarı

Azərbaycan əhalisinin gəlirləri bu il 5% artıb

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında qalan vəsaitin həcmi 5,3% artıb

Bakı. 16 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,0% artaraq 5,9 mlrd. manat təşkil edib. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, onun hər nəfərə düşən həcmi 618,0 manat və ya ayda orta hesabla 309,0 manat olub.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 5,3 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,3% çox vəsait qalıb.

Yanvar ayı ərzində muzdla isləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 444,4 manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi