Azərbaycan əhalisinin gəlirləri 9% artıb

Azərbaycan əhalisinin gəlirləri 9% artıb Gəlirlərin 10%-i yığıma yönəldilib
Maliyyə
16 Sentyabr , 2016 13:07
Azərbaycan əhalisinin gəlirləri 9% artıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,6% artaraq 28 972,4 mln. manata çatıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, gəlirlərin 78,2%-i son istehlak xərclərinə, 9,3%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

Gəlirlərin 9,9%-i isə yığıma yönəldilib.

Son xəbərlər

Orphus sistemi