Yuxarı
    Bağlamaq

    Azərbaycan əhalisinin gəlirləri 9% artıb

    Gəlirlərin 81%-i istehlaka, 2,3%-i kredit faizlərinin ödənilməsinə, 7%-i isə yığıma yönəldilib

    Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanda bu ilin birinci rübündə ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9% artıb.

    “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin gəlirləri 10 303,5 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1 073,5 manat və ya ayda 357,8 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 81%-i son istehlak xərclərinə, 9,7%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,3%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7%-i isə yığıma yönəldilib.

    Əhalinin sərəncamında qalan gəlirlər 9 304,1 mln. manat olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi