Yuxarı

​Azərbaycan əhalisinin gəlirləri 8,3% artıb

Gəlirlərin 2,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3% artaraq 17 511,6 mln. manata çatıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu müddət ərzində əhalinin hər nəfərinə düşən gəlirlər isə 1 822,9 manat və ya ayda orta hesabla 364,6 manat təşkil edib.

Gəlirlərin 79,4%-i son istehlak xərclərinə, 9,5%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15 846,9 mln. manat və ya əhalinin hər nəfərinə orta hesabla 1649,6 manat vəsait qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi