​Azərbaycan əhalisinin gəlirləri 5,7% artıb

​Azərbaycan əhalisinin gəlirləri 5,7% artıb Əhalinin sərəncamında qalan gəlirlər isə 5,6% artıb
Maliyyə
18 Yanvar , 2016 15:49
​Azərbaycan əhalisinin gəlirləri 5,7% artıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə nominal ifadədə 5,7% artaraq 41,7 mlrd. manata çatıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 4 380,1 manat və ya ayda 365 manat təşkil edərək 4,5% artıb.

Bu dövrdə gəlirlərin 72,1%-i son istehlak xərclərinə, 9,1%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 15,9%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 37,9 mlrd. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox vəsait qalıb.

Son xəbərlər

Orphus sistemi