Azərbaycan əhalisinin gəlirləri 12% artıb

Azərbaycan əhalisinin gəlirləri 12% artıb Gəlirlərin 2,5%-i kredit faizlərinin ödənilməsinə sərf edilib
Maliyyə
19 Fevral , 2016 18:11
Azərbaycan əhalisinin gəlirləri 12% artıb

Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan əhalisi 3 080,6 mln. manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə nominal ifadədə 12,1% çox gəlir əldə edib, onun orta hesabla hər nəfərə düşən həcmi 321,2 manat təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 2 780,7 mln. manatlıq və ya əvvəlki ildəkindən 13,3% çox vəsait qalıb.

Gəlirlərin 88,0%-i son istehlaka, 9,5%-i vergilərin, sığorta və üzvlük haqları, 2,5%-i isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

Son xəbərlər

Orphus sistemi