Azərbaycan əhalisinin gəlirləri 6% artıb

Azərbaycan əhalisinin gəlirləri 6% artıb Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 14,6 mlrd. manat qalıb
Maliyyə
12 İyun , 2015 12:25
Azərbaycan əhalisinin gəlirləri 6% artıb

Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8% artaraq 16,2 mlrd. manata çatıb. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi 4,5% artıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu dövr ərzində gəlirlərin 73,9%-i son istehlak xərclərinə, 9,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14,0%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 14,6 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,7% çox vəsait qalıb.

Son xəbərlər

Orphus sistemi