Yuxarı

Azərbaycan əhalisinin əmanətləri sentyabrda artıb

İlin əvvəlindən bank əmanətləri 12% artıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2016-cı il oktyabr ayının 1-nə 7 931,9 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 88,1 mln. manat və ya 1,12% artıb.

Qeyd edək ki, yanvarın 1-i ilə müqayisədə əhalinin əmanətləri 842,4 mln. manat və ya 11,9%, 2015-ci ilin analoji dövrünə nisbətən isə 611,6 mln. manat və ya 8,35% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi