​Azərbaycan əhalisinin bank əmanətləri 3% artıb - YENİLƏNİB

​Azərbaycan əhalisinin bank əmanətləri 3% artıb - YENİLƏNİB İlin əvvəlindən fiziki şəxslərin müddətli depozitləri 18% azalıb
Maliyyə
8 Avqust , 2016 15:05
​Azərbaycan əhalisinin bank əmanətləri 3% artıb - YENİLƏNİB

İlk xəbər saat 13:20-də verilib

Bakı. 8 avqust. REPORT.AZ/ Bu ilin əvvəlindən Azərbaycanda ilk dəfə iyun ayında əhalinin bank əmanətlərinin həcmi artıb. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Belə ki, iyulun 1-nə əmanətlərin məbləği 7 815,6 mln. manat təşkil edib. Bu isə iyunun 1-i ilə müqayisədə 3,3% və yaxud 249,7 mln. manat çoxdur.

İlin əvvəlinə nisbətən fiziki şəxslərin müddətli depozitləri 17,5% azalıb, aylıq müqayisədə isə 2,1% artıb. 

***

Xarici valyutada fiziki şəxslərin əmanətləri son bir ayda 180,1 mln. manat və ya 2,94%, illik müqayisədə isə 824,9 mln. manat və ya 15,07% artaraq iyunun 1-nə 6 298,5 mln. manat təşkil edib.

"Report"un analitik qrupu qeyd edir ki, fiziki şəxslərin əmanətlərinin artması dolların məzənnəsinin iyunda yüksəlməsi ilə əsaslandlırılır.

"Maraqlıdır ki, 50%-lik devalvasiyaya baxmayaraq xarici valyutada əmanətlərin keçən ilin analoji dövrü ilə müqayisədə manat ekvivalentində cəmi 15,07% artması, bu sahədə real azalmaya işarə edir", - deyə analitiklər qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi