Azərbaycan əhalisinin bank əmanətləri kəskin azalıb

Azərbaycan əhalisinin bank əmanətləri kəskin azalıb Dolların məzənnəsinin düşməsi əmanətlərin həcmini azaldıb
Maliyyə
11 Aprel , 2017 10:38
Azərbaycan əhalisinin bank əmanətləri kəskin azalıb

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2017-cı il mart ayının 1-nə 7 101,8 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, fevralın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 645,4 mln. manat və ya 8,33% azalıb. Azalmanın səbəbi dolların məzənnəsinin aşağı düşməsi amili ilə əlaqələndirilir.

Qeyd edək ki, 2016-ci ilin analoji dövrünə nisbətən isə əhalinin əmanətlərinin həcmi 975,5 mln. manat və ya 12,08% azalıb.

Son xəbərlər

Orphus sistemi