Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti indeksinin azalması davam edir

Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti indeksinin azalması davam edir "Report"un analitikləri: "İndeksin azalması xərclərin artması ilə bağlıdır və bu, makroiqtisadi baxımdan müsbət haldır"
Maliyyə
17 Noyabr , 2014 07:56
Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti indeksinin azalması davam edir

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2014-cü ilin yanvar-oktyabr ayları üzrə 1,33 bənd təşkil edib. “Repot” tərəfindən Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu da 2014-cü ilin yanvar-sentyabr aylarının analoji göstəricisinə nisbətən 0,01 bəndi azdır:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əsas xərclərin ödənilməsindən sonra əhalinin sərəncamında qalan gəlirləri göstərir. Xərclərin əsas istiqamətlərinə istehlak xərcləri, o cümlədən alınan malların və ödənilən xidmətlərin dəyəri aiddir.

Bu ilin 10 ayı ərzində pərakəndə ticarət dövriyyəsi 17,471 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 5,403 mlrd. manat, əhalinin məcmu gəliri isə 30,377 mlrd. manat təşkil edib. İllik müqayisədə ticarət dövriyyəsi 9,6%, xidmət xərcləri 6,6%, gəlirlər isə 5,4% artıb.

"Report"un analitik qrupu hesab edir ki, indeksin azalması xərclərin artması ilə bağlıdır və bu, makroiqtisadi baxımdan müsbət hal kimi qiymətləndirilə bilər. Belə ki, əhalinin istehlak xərclərini artırması onun iqtisadiyyata olan etimadının yüksək olmasından xəbər verir.

Son xəbərlər

Orphus sistemi