Bakı. 10 fevral.
Ümumiyyətlə, 2016-cı ildə kommersiya banklarının əhaliyə xalis dollar satışı 445,44 mln. dollar olub. Əvvəlki ilin dekabrında isə bankların əhaliyə xalis dollar satışı 1 208,238 mln. dollar olub. Bununla da əhaliyə xalis dollar satışı illik müqayisədə 60 dəfə azalıb.
"Report"un analitik qrupu qeyd edir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının son bir neçə ayda yenidən ABŞ dolları ilə müqayisədə zəifləməsi ilə bağlıdır.
Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2017-ci il yanvarın 1-nə 11 219 mln. dollar və ya 73,8% azalaraq 3 974,4 mln. dollara enməsinə səbəb olub.