Azərbaycan əhalisi ötən il gəlirlərin 1/8-ni yığıma yönəldib

Azərbaycan əhalisi ötən il gəlirlərin 1/8-ni yığıma yönəldib Hesabat ilində əhalinin gəlirləri nominal ifadədə 8,7% artıb
Maliyyə
24 Yanvar , 2017 14:46
Azərbaycan əhalisi ötən il gəlirlərin 1/8-ni yığıma yönəldib

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan əhalisinin gəlirləri 2016-cı ildə əvvəlki illə müqayisədə artıb.

“Report”un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, ötən il əhalinin gəlirləri nominal ifadədə 8,7% artaraq 45 395,1 mln. manata çatıb.

Rəsmi statistikaya əsasən, gəlirlərin 76,3%-i son istehlak xərclərinə, 8,4%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

Gəlirlərin 12,4%-i isə yığıma yönəldilib.

Son xəbərlər

Orphus sistemi