Azərbaycan əhalisi ötən ay 161 mln. manatlıq avtomobil yanacağı alıb

Azərbaycan əhalisi ötən ay 161 mln. manatlıq avtomobil yanacağı alıb Bakı. 14 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 2 794,6 mln. manat təşkil edib.
Maliyyə
14 Fevral , 2018 13:02
Azərbaycan əhalisi ötən ay 161 mln. manatlıq avtomobil yanacağı alıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 2 794,6 mln. manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur.

Sözügedən məbləğin 44,85%-i və yaxud 1 253,4 mln. manatı ərzaq məhsulları, 5,65%-i və yaxud 158 mln. manatı içki və tütün məmulatları, 17,4%-i və yaxud 486,3 mln. manatı toxuculuq məhsulları, geyim və ayaqqabı, 6,1%-i və yaxud 170,7 mln. manatı elektrik malları və mebel, 0,7%-i və yaxud 20 mln. manatı kompüter, kommunikasiya avadanlıqları və çap məhsulları, 1,35%-i və yaxud 37,6 mln. manatı əczaçılıq və tibbi mallara, 5,8%-i və yaxud 161,4 mln. manatı avtomobil yanacağı, 18,15%-i və yaxud 507,2 mln. manatı isə digər qeyri-ərzaq məhsullarına yönəldilib.

Son xəbərlər

Orphus sistemi