​Azərbaycan əhalisi nağd dollar alışını 71% artırıb

​Azərbaycan əhalisi nağd dollar alışını 71% artırıb Bu ilin iyul ayında isə banklar dollar satışını 2,5% artırıb
Maliyyə
18 Sentyabr , 2015 10:13
​Azərbaycan əhalisi nağd dollar alışını 71% artırıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2015-ci ilin iyul ayı ərzində nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 331,817 mln. ABŞ dolları alıb, 482,336 mln. dollar satıb.

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata görə, bunun nəticəsində əhaliyə xalis satış 150,519 mln. dollar olub. Bu, iyun ayındakı xalis satışla müqayisədə 2,5% çoxdur.

Qeyd edək ki, keçən ilin anoloji dövründə xalis satış 443,872 mln. dollar olub. Yəni, bu ilin iyulunda xalis satış illik müqayisədə 66% azalıb. Bu geriləmə əsasən idxalın azalması ilə bağlıdır.

Keçən ilin ilk 7 ayında isə xalis satış 3 422,398 mln. dollar olubsa, bu ilin anoloji dövründə xalis satış 71% artaraq 5 856,164 mln. dollara çatıb.

Son xəbərlər

Orphus sistemi