Azərbaycan əhalisi gəlirlərin yalnız 3%-ni yığıma yönəldir

Azərbaycan əhalisi gəlirlərin yalnız 3%-ni yığıma yönəldir Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 423 manat təşkil edib
Maliyyə
17 İyul , 2017 17:30
Azərbaycan əhalisi gəlirlərin yalnız 3%-ni yığıma yönəldir
Report

Bakı.17 iyul. REPORT.AZ/ Bu ilin birinci yarısında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3% artaraq 23 526,7 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 422,9 manat təşkil edib.

“Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu dövr ərzində gəlirlərin 86,3%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf ediib, 3,3%-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21 526,8 mln. manat vəsait qalıb.

Son xəbərlər

Orphus sistemi