Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin dəyəri 5 314,9 mln. manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.
Sözügedən məbləğin 45,3%-i və yaxud 2 410,2 mln. manatı ərzaq məhsulları, 5,3%-i və yaxud 281,1 mln. manatı içki və tütün məmulatları, 17,9%-i və yaxud 949,6 mln. manatı toxuculuq məhsulları, geyim və ayaqqabı, 6,2%-i və yaxud 328,3 mln. manatı elektrik malları və mebel, 0,7%-i və yaxud 39,9 mln. manatı kompüter, kommunikasiya avadanlığı və çap məhsulları, 1,3%-i və yaxud 67,5 mln. manatı əczaçılıq və tibbi mallara, 5,7%-i və yaxud 302,3 mln. manatı avtomobil yanacağı, 17,6%-i və yaxud 936 mln. manatı isə digər qeyri-ərzaq məhsullarına yönəldilib.