Azərbaycan əhalisi bu il kredit faizlərinə 200 mln. manat sərf edib

Azərbaycan əhalisi bu il kredit faizlərinə 200 mln. manat sərf edib Əhalinin gəlirlərindən kredit faizlərinə sərf edilən vəsaitlərin xüsusi çəkisi azalıb
Maliyyə
18 Aprel , 2015 16:05
Azərbaycan əhalisi bu il kredit faizlərinə 200 mln. manat sərf edib

Bakı. 18 aprel. REPORT.AZ/ Сari ilin yanvar-mart aylarında Azərbaycan əhalisi gəlirlərinin 2,1%-ni və ya 199,5 mln. manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin I rübündə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 5,3% artaraq 9,5 mlrd. manata çatıb. Statistikaya əsasən, onun hər nəfərə düşən həcmi orta hesabla 996,8 manat təşkil edərək 4,0% artıb.

Bu dövr ərzində gəlirlərin 75,7%-i son istehlak xərclərinə, 9,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqları, 12,6%-i isə yığıma yönəldilib.

Əhalinin sərəncamda qalan gəlirləri 8,6 mlrd. manat təşkil edib və əvvəlki ilin eyni dövründəkindən 5,3% çox olub.

Qeyd edək ki, ötən ilin eyni dövründə əhali gəlirlərinin 2,2%-ni kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Bu da əhalinin gəlirlərində faizlərin ödnilməsinə sərf edilən vəsaitin xüsusi çəkisinin azalmasını göstərir. 

Xatırladak ki, ötən ilin birinci rübündə ölkə əhalisinin nominal gəlirləri 9,1 mlrd. manat, onun hər nəfərə düşən həcmi orta hesabla 969,2 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi