Azərbaycan əhalisi bu il banklara 781 mln. manat faiz ödəyib

Azərbaycan əhalisi bu il banklara 781 mln. manat faiz ödəyib Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 43 389,9 mln. manata çatıb.
Maliyyə
14 Dekabr , 2017 15:43
Azərbaycan əhalisi bu il banklara 781 mln. manat faiz ödəyib
Report

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 43 389,9 mln. manata çatıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4 459,1 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 84,8%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (781 mln. manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,9%-i isə yığıma yönəldilib.

Son xəbərlər

Orphus sistemi