Bakı. 8 noyabr.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, əhali 2016-cı ilin ilk 9 ayında kommersiya banklarına 6 907,797 mln. rubl xalis satış həyata keçirib. Avqust ayında əhali banklara 1 014,898 mln. rubl xalis satış reallaşdırıb. Bununla da sentyabrda əhalinin kommersiya banklarına xalis rubl satışı avqust ayı ilə müqayisədə 11% azalıb.
Keçən ilin sentyabr ayında bankların əhalidən xalis rubl alışı isə 687,43 mln. RUB təşkil edib.
"Report"un analitik qrupu qeyd edir ki, əhalinin xalis rubl satışının azalmasına əsas səbəb kimi turizm mövsümünün bitməsi göstərilir.