Azərbaycan əhalisi avro alışını azaldıb

Azərbaycan əhalisi avro alışını azaldıb İllik müqayisədə bankların əhaliyə xalis avro satışı 3 dəfəyə yaxın azalıb
Maliyyə
17 Yanvar , 2017 16:09
Azərbaycan əhalisi avro alışını azaldıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin noyabr ayında kommersiya banklarından xalis avro alışı 25 122,5 min təşkil edib. 

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, analoji oktyabr göstəricisindən 14 131,9 min avro və ya 36% azdır. Belə ki, oktyabrda bankların xalis avro satışı 39 254,4 min təşkil edib. 

Nəticədə, 2016-cı ilin ilk 11 ayında kommersiya banklarının əhaliyə toplam xalis avro satışı 257 518,7 min avro olub. Bu da əvvəlki ilin analoji dövrü (754 947,4 min avro) ilə müqayisədə 3 dəfəyə yaxın azdır.

Qeyd edək ki, 2015-ci ilin noyabrında bankların əhaliyə xalis avro satışının həcmi 65 755 min təşkil edib. Bu, 2016-cı ilin noyabr ayına nisbətən 2,6 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi